AZ

Tramp: ABŞ və Aİ arasında ticarət sazişinin imzalanması şansları 50%-dir

BAKI, 26 iyul. TELEQRAF

ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət sazişinin imzalanması şansları 50% təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya səfəri çərçivəsində Qlazqo hava limanında jurnalistlərə bildirib.

"Bazar günü Aİ nümayəndələri ilə görüşəcəyəm, biz saziş üzərində işləyəcəyik. Görək razılaşma əldə edə biləcəyikmi? Ursula da orada olacaq", - o deyib.

"Düşünürəm ki, Avropa İttifaqı ilə yaxşı şanslarımız var. Şanslar 50/50-dir", - Tramp Aİ nümayəndələri ilə razılaşmaların əldə edilməsi ehtimalını necə qiymətləndirdiyi barədə sualı cavablandırarkən deyib.

ABŞ Prezidenti həmçinin tərəflər arasında mübahisəli məqamların olduğunu bildirib.

"Əgər bu sazişi imzalaya bilsək, bu, ən böyük saziş olacaq", - Tramp potensial razılaşmalardan danışarkən vurğulayıb.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək görüşdə Tramp Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ilə ABŞ və Aİ arasında ticarət sazişini müzakirə edəcək.

Seçilən
80
50
teleqraf.com

10Mənbələr