Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İtaliyanın tanınmış idman komandası "JAS Motorsport" mühəndislik və dizayn firması "Pininfarina" ilə birlikdə yeni idman avtomobilini təqdim etməyə hazırlaşır.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu, JAS şirkətinin ictimai yollar üçün nəzərdə tutulmuş ilk avtomobili olacaq. Belə ki, indiyədək komanda yalnız yarış avtomobillərinin istehsalı ilə məşğul olub.
Yeni avtomobilin təqdimatı gələn ilin birinci yarısına planlaşdırılıb.
Xatırladaq ki, 1995-ci ildən bəri JAS tərəfindən hazırlanmış yarış avtomobilləri müxtəlif səviyyəli və kateqoriyalı turnirlərdə 900-dən çox qələbə qazanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.