AZ

Rusiyada binada baş verən partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb - VİDEO - YENİLƏNİB

Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışın ardınca dağıntılar altından yeddinci cəsəd çıxarılıb.

APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, beton plitələrin altında daha dörd nəfərin – üç böyük və bir uşağın – qaldığı ehtimal olunur.

Onlar itkin düşmüş şəxslər kimi qeydiyyata alınıb.

Hadisə nəticəsində xəsarət alan 13 nəfərə tibbi yardım göstərilib. Axtarış-xilasetmə işləri davam etdirilir.



****
18:04

Rusiyada hündürmərtəbəli binada baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

13:57

Rusiyada hündürmərtəbəli binada güclü partlayış baş verib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Saratovda qeydə alınıb.

Partlayışın təbii qaz sızmasından baş verdiyi bildirilir.

Partlayış nəticəsində üç nəfər, o cümlədən bir uşaq ölüb.

Xilasedicilər dağıntılar altından 10 yaralını çıxarıblar.

Sakinlər təxliyə edilib.

Seçilən
66
apa.az

1Mənbələr