AZ

Murat Yıldırım bu serialla anlaşdı

Türkiyəli məşhur aktyor Murat Yıldırımın yeni layihəsi bəlli olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, uğurlu aktyor “NGM” serialı ilə müqavilə imzalayıb.

O, “Kanal D”də yayımlanacaq serialda “Serhat” obrazına həyat verəcək.

O da bildirilir ki, layihənin adı hələ dəqiqləşməyib. Maraqlı qadın dramını ekrana gətirəcək serialın ssenarisi Yelda Eroğluya aiddir.

Deniz Can Çelik isə ekran işinin rejissoru olacaq.

Seçilən
80
qafqazinfo.az

1Mənbələr