AZ

"Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram"

Baş məşqçi Ruben Amorim bildirib ki, əgər satılmasalar, Alexandro Qarnaço və Ceydon Sanço “Mançester Yunayted”in heyətinə qayıdacaqlar. Daha öncə də xəbər verdiyimiz kimi, hər iki futbolçu da ABŞ-a yollanan komandanın heyətində yer almamışdı. O dövrdə onların hamısının klubu tərk edə biləcəyi bildirilirdi.

Sportal.az xəbər verir ki, Amorim məsələ ilə bağlı mətbuat konfransında belə deyib:

“Futbolçuların heyətdən kənarda qalması fərqli səbəblərlə bağlıdır. Bəziləri komandada özlərinə daha çox yer tapmaq üçün yeni klub axtarır, digərləri isə açıq şəkildə bildirirlər ki, yeni çağırışlar istəyirlər.

Ona görə də biz bu futbolçulara düşünmək və qərar vermək üçün vaxt veririk. Əgər elə bir an gəlsə ki, komandaya qoşulmalı olacaqlar, onlar bunu edəcəklər — çünki hələ də bizim oyunçularımızdırlar.

Mən dəqiq bilirəm ki, baş direktor və idman direktoru bu futbolçuların qiymətləri ilə bağlı öz fikirlərinə malikdirlər. Əgər təklif olunan məbləğ bu qiymətə çatmasa, onlar “Mançester Yunayted”in oyunçuları olaraq qalacaqlar. Bu, mübahisə doğurmur.

Anlayıram ki, bəzi klublar transfer pəncərəsinin son gününü gözləyirlər, amma sürprizlər də baş verə bilər. Mən isə bu oyunçuları qəbul etməyə hazıram.”

saytlarin hazirlanmasi

Seçilən
46
1
sportal.az

2Mənbələr