AZ

Dubaydan gələn sərnişin 700 karatlıq brilyant qaşla yaxalandı

Doğru.az xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Dubay-Bakı reysi ilə gələn sərnişinin əl yükündə 700.60 karatlıq brilyant qaşların qanunsuz keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Lent.az-a bildirilib ki, Azərbaycan vətəndaşının çamadanında 24 ədəd kiçik sellofan paketdə gizlədilmiş brilyant qaşlar monitorda şübhəli təsvirlər müəyyən edildikdən sonra aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Seçilən
84
dogru.az

1Mənbələr