AZ

Azərbaycan paralimpiyaçıları İstanbulda daha 4 medal qazanıblar

Azərbaycanın milli paralimpiya komandası Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında daha dörd medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Day.Az-a verilən məlumata görə, ikinci yarış günündə mübarizəyə qoşulan parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.

Bayraqdar Sabir Zeynalov (K44, 58 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.

Ayxan Nuriyev isə bürünc medala yiyəlınib.

16 yaşlı parataekvondoçu Səmayə Həsənova da (K44, 47 kq) mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən idmançı iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

Seçilən
92
22
day.az

10Mənbələr