AZ

"Sportinq" "Everton"un keçmiş qapıçısı ilə müqavilə imzalayıb

Portuqaliyalı qapıçı Joau Virjiniya karyerasını vətənində davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu “Everton”dan ayrıldıqdan sonra “Sportinq” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Virjiniya “Sportinq”lə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qolkiper yeni komandasına azad agent statusunda qoşulub. O, “Everton”la müqaviləsinin başa çatmasının ardından İngiltərə klubunu tərk etmişdi.

Qeyd edək ki, Joau Virjiniya ötən mövsüm heç bir rəsmi matçda meydana çıxmayıb.

 

Seçilən
8
90deqiqe.az

1Mənbələr