AZ

İşğaldan azad olunan ərazilərdə ictimai təhlükəsizlik üzrə əməliyyat müşavirəsi keçirilib – FOTO 

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan bölgələrdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı onlayn əməliyyat müşavirəsi keçirilib.

Doğru.az xəbər verir ki, müşavirəyə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov rəhbərlik edib.

Tədbirdə bölgədə mövcud əməliyyat vəziyyəti, şəxsi heyətin fəaliyyəti və əhali ilə qarşılıqlı əlaqələr təhlil olunub. İctimai asayişin qorunması, yerli sakinlər və turistlərin təhlükəsizliyinin təmin olunması, əmlak mühafizəsi və maarifləndirici tədbirlər prioritet məsələlər kimi vurğulanıb.

Xüsusi diqqət yanğın təhlükəsizliyi mövzusuna yönəldilib. Yay mövsümündə havanın isti və quraq keçməsi səbəbindən meşə və açıq sahələrdə yanğın riski artıb. Bu baxımdan profilaktik tədbirlər intensivləşdirilib.

Müşavirədə aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli zonalarda fasiləsiz monitorinqlər, vətəndaşların odla ehtiyatsız davranışının qarşısının alınması üçün maarifləndirmə işlərinin davam etdirilməsi tapşırılıb.

Qeyd olunub ki, ərazilərdə asayişin, əmlak və ekoloji təhlükəsizliyin qorunması, yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi üzrə vəzifələr tam icra olunmalıdır.

DOĞRU.AZ

image-dx7r7ryrir2y0vumekkbvvc8s5anczcunca4c810_640

Seçilən
53
dogru.az

1Mənbələr