Serbiyalı qapıçı Vanya Milinkoviç-Saviç karyerasını “Napoli”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, “Napoli” ilə “Torino” arasında futbolçunun transferi tam razılaşdırılıb və yaxın günlərdə rəsmi açıqlama gözlənilir.
Keçidin məbləği 21 milyon avro təşkil edəcək. Lakin Serbiya millisinin üzvü olan qapıçının şəxsi müqaviləsinin detalları hələ açıqlanmayıb.
28 yaşlı qolkiper İtaliya A Seriyasında “Torino” klubunun heyətində çıxış edirdi. Milinkoviç-Saviç 2023/24 mövsümündə A Seriyada 37 oyunda meydana çıxıb və bu matçların 10-da qapısını toxunulmaz saxlayıb.