AZ

İrəvanda leysan fəlakəti: Küçələr su altında qaldı - VİDEO

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, güclü leysan yağışları İrəvan şəhərində ciddi fəsadlara səbəb olub.

Şəhərin bir çox küçələri su altında qalıb, avtomobillər hərəkət edə bilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə maşınların suyun içində ilişib qaldığı, bəzi sürücülərin nəqliyyat vasitələrini tərk edərək piyada xilas olmağa çalışdığı əks olunub.

Yerə düşən yağıntının miqdarı qısa müddətdə normanı xeyli üstələyib. Hazırda şəhər kommunal xidmətləri küçələrdə yığılan suyu çəkmək və nəqliyyatın hərəkətini bərpa etmək üçün işlərə başlayıb.

Ermənistanın Hidrometeorologiya İdarəsi yaxın saatlarda da İrəvanda yağışların davam edəcəyini bildirib./musavat.com/

Seçilən
17
1
turkustan.az

2Mənbələr