AZ

“Mançester Siti”ni İstanbul nəhənginə dəyişə bilər

“Mançester Siti”nin qapıçısı Stefan Orteqa bir neçə klubun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “Sky Sport Germany”a istinadən verdiyi məlumata görə, 32 yaşlı qolkiperlə İngiltərə Premyer Liqasından üç komanda və Türkiyənin aparıcı klublarından olan “Fənərbağça” maraqlanır.

Komandalar artıq alman oyunçunun agenti ilə əlaqə saxlayıb.

Ötən mövsüm Orteqa əsasən Edersonun əvəzləyicisi olub, lakin buna baxmayaraq, müxtəlif turnirlərdə 21 oyuna çıxaraq yeddi “quru” matçla yadda qalıb. Onun “Mançester Siti” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalı Orteqanın bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

 

 

 

 

Seçilən
55
90deqiqe.az

1Mənbələr