AZ

Kenten Merlen “itlər”ə qoşuldu

Marsel “Olimpik”inin 23 yaşlı fransalı sol cinah müdafiəçisi Kenten Merlen bundan sonra “Renn”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Renn”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Renn”ə 13 milyon avro məbləğ müqabilində başa gəlib.

Kenten Merlen “Nant”ın məzunudur. Müdafiəçi, karerası ərzində həmçinin Marsel “Olimpik”i üçün çıxış edib.

Geridə qalmış mövsümdə Merlen “Olimpik” üçün 29 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Merlen Fransanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 komandalarına cəlb edilib, əsas “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

Merlenin qənimətlər muzeyində “Nant”la qazandığı 2021/2022-ci illər mövsümünün Fransa Kuboku var.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
86
arena.az

1Mənbələr