“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirir.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” yetirməsi olan qapıçı Ceyms Traffordu “Bernli”dən almaq istəyir.
“Mançester Siti” futbolçu üçün 27 milyon funt sterlinq (təxminən 31 milyon avro) ödəməyə hazırdır.
22 yaşlı qolkiper beş mövsümlük müqavilə imzalayacaq və onun müddətini daha bir il uzatmaq imkanı olacaq. .