AZ

Ukraynada daha bir gürcü döyüşçü həlak olub

Ukrayna Silahlı Qüvvələrinin  tərkibində döyüşən Tsalencixa rayonundan olan 23 yaşlı Valerii Badzaqua həlak olub.

Qaziler.az bildirir ki, bu barədə məlumatı Tsalencixa merinin müavini Tamar Belkaniya yayıb.

KİV-in məlumatına görə, Badzaquanın anası ukraynalıdır və Valeri özü də Rusiyanın genişmiqyaslı işğalı başlamazdan əvvəl Ukraynada yaşayıb. Belkaniya deyir ki, o, prinsipcə ölkəni tərk etməkdən imtina edib və “mübarizə aparmaq qərarına gəlib”.

"O, vətəni üçün özünü fəda etməyə qərar verdi! Biz onu heç vaxt unutmayacağıq", - Belkaniya "Facebook"da yazıb.

Onun sözlərinə görə, mərhumun cənazəsi yaxın günlərdə Gürcüstana gətiriləcək, bundan sonra o, Tsalencixada dəfn olunacaq.

QAZİLER.AZ

Seçilən
26
qaziler.az

1Mənbələr