AZ

WhatsApp-a yeni funksiya GƏLDİ

WhatsApp, çoxsaylı söhbətləri idarə edən istifadəçilər üçün “Sürətli Xülasə” adlı yeni xüsusiyyət üzərində çalışır. Bu funksiya sayəsində istifadəçilər, ən çox beş fərqli söhbətin mesajlarını eyni anda qısa şəkildə ümumiləşdirə biləcəklər.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

İstifadəçilər söhbətlər bölməsindən seçdikləri danışıqlara daxil olub sağ üst küncdəki üç nöqtə simvoluna klikləyərək “Sürətli Xülasə” seçimini aktivləşdirə bilərlər. Beləcə, hər söhbətə ayrıca daxil olmaq əvəzinə, bir yerdə toplu mesaj xülasələri əldə etmək mümkün olacaq.

Məxfilik ön planda saxlanılır: “Sürətli Xülasə” Meta-nın “Private Compute Core” texnologiyasından istifadə edir və mesajların məzmunu cihaz daxilində işlənir, üçüncü tərəflər mesajlara giriş əldə edə bilmir. Funksiya varsayılan olaraq deaktiv olacaq və yalnız istifadəçi istədikdə aktivləşdiriləcək.

Hazırda “Sürətli Xülasə” Android üçün WhatsApp-ın beta versiyasının 2.25.21.12 nömrəli versiyasında test mərhələsindədir və yaxın həftələrdə daha geniş istifadəçi kütləsinə təqdim olunacağı gözlənilir. Bu yenilik xüsusilə çoxlu mesajlaşanlar üçün WhatsApp təcrübəsini daha səmərəli edəcək.

Xeyrənsə Piriyeva

Seçilən
22
news24.az

1Mənbələr