Yeni mövsüm hazırlıqlarını İstanbulda davam etdirən Galatasaray, sabah Fransa təmsilçisi Strasbourg ilə yoldaşlıq oyununda qarşılaşacaq. Görüş, saat 21:00-da RAMS Park stadionunda keçiriləcək və S Sport Plus kanalında canlı yayımlanacaq.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Sarı-qırmızılılar daha sonra 2 avqust şənbə günü İtaliyanın Lazio klubu ilə də hazırlıq matçında üz-üzə gələcək.
Galatasaray bu vaxta qədər Ümraniyespor’u 5–2, Admira Wacker’i 2–1 və Cagliari’ni 3–1 hesabı ilə məğlub edib.
Xeyrənsə Piriyeva