AZ

“Fulhem” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

“Fulhem” “Çelsi”nin vingeri Rəhim Sterlinqin yay transferi ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə,  London klubu 30 yaşlı futbolçunun daimi əsaslarla satışına açıqdır. Lakin transferin baş tutması üçün əsas şərt – Sterlinqin maaş tələblərini azaltmağa razı olmasıdır. Məhz yüksək əməkhaqqı oyunçunun klub dəyişməsinə mane olan əsas amillərdən biri hesab olunur.

Sterlinq həmçinin İtaliyanın “Napoli” klubuna da təklif edilib. Lakin bu istiqamətdə hələlik ciddi irəliləyiş müşahidə olunmur.

Xatırladaq ki, təcrübəli futbolçu ötən mövsümü icarə əsasında “Arsenal”da keçirib. O, İngiltərə Premyer Liqasında 17 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
85
90deqiqe.az

1Mənbələr