AZ

Dyökereş "Arsenal"da bu nömrə altında çıxış edəcək

Londonun “Arsenal” klubu yeni transferi Dyökereşin nömrəsini rəsmən açıqlayıb.

Fanat.Az "topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçli hücumçu 14 nömrəli formanı geyinəcək.

Futbolçu transferindən sonra verdiyi ilk açıqlamada “Bu formanı geyinmək böyük məsuliyyətdir. "Arsenal"ın tarixində 14 nömrənin xüsusi yeri var və mən bu etimadı doğrultmağa çalışacağam” – deyə bildirib.

Qeyd edək ki, bu nömrə əvvəllər klub əfsanəsi Tyerri Anri və daha sonra Pyer-Emerik Obameyanq kimi tanınmış futbolçular tərəfindən geyinilib. Gyökerek isə bu ənənəni davam etdirmək niyyətindədir.

Xatırladaq ki, Viktor Gyökerek “Sporting” klubundan “Arsenal”a yüksək məbləğ qarşılığında transfer olunub və onun komandaya böyük töhfə verəcəyi gözlənilir.

Kamil Xudiyev

Seçilən
30
1
fanat.az

2Mənbələr