AZ

Türkiyənin Afrikada yüksələn gücü

BAKI, TurkicWorld

ABŞ Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi reyd zamanı İŞİD terror qruplaşmasının liderlərindən biri öldürülüb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata əsasən, əməliyyat Suriyanın şimalında yerləşən əl-Bab şəhəri yaxınlığında aparılıb. Reyd zamanı İŞİD-in lideri və onun iki oğlu öldürülüb. Məlumatda qeyd olunub ki, hər üçü ABŞ, koalisiya qüvvələri və Suriyanın yeni hökuməti üçün təhlükə yaradırdı.

CENTCOM-un rəhbəri Maykl Kurilla bildirib ki, mərkəzi komandanlıq İŞİD-in tam məğlubiyyəti yolunda qətiyyətlidir:

“İŞİD terrorçularını izləməyə davam edəcəyik. Tərəfdaşlarımız, müttəfiqlərimizlə birlikdə regiona, müttəfiqlərimizə və vətənimizə təhlükə yaradan İŞİD terrorçularının məğlubiyyəti yolunda qətiyyətlidir.”

Qeyd edək ki, martın 13-də CENTCOM-un İraqın Ənbar vilayətində apardığı əməliyyat nəticəsində İŞİD-in komandanı Abdullah Makki Muslih əl‑Rifai öldürülmüşdü. O, təşkilatın qlobal əməliyyatlar və maliyyə planlamasında ikinci ən yüksək şəxs idi.

Seçilən
13
turkic.world

1Mənbələr