AZ

“Beşiktaş” İtaliya millisinin üzvünü transfer etmək istəyir

“Beşiktaş” daha bir legionerin transferini reallaşdırmaq istəyir.

Bizim.Media “Tuttosport”a istinadən xəbər verir ki, “qara qartallar” “Napol”inin müdafiəçisi Leonardo Spinazzola ilə maraqlanır.

32 yaşlı futbolçunun icarəyə götürülməsi gözlənilir. Onun Neapol təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

İtaliya millisinin sabiq üzvü karyerası ərzində “Yuventus”, “Empoli”, “Siena”, “Atalanta”, “Roma” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
32
bizim.media

1Mənbələr