XOCAVƏND, 25 iyul. TELEQRAF
Xocavənddə geniş ərazidə baş verən yanğının qarşısını almaq üçün əlavə kömək üçün 50 nəfər hadisə yerinə cəlb olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ötən gün Ağdam rayon Gülablı kəndində baş verən yanğın Xocavənd rayonun da ərazilərinə yayılıb.
Havanın küləkli olması yanğınsöndürənlərin işini çətinləşdirdiyi üçün əlavə köməyə ehtiyac yaranıb.
Məlumat üçün qeyd edək ki, hazırda Ağdərə rayon Umudlu kəndi istiqamətindəkolluq və quru ot massivində də yanğınlar başlayıb.
FHN-nin yanğınsöndürənləri yanğınla mübarizə tədbirlərini davam etdirirlər.