"Barselona" futbolçusu Jül Kunde ilə müqaviləni uzadacaq.
QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
26 yaşlı fransalı müdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədərdir.. Müdafiəçinin "Barselona" ilə hazırkı müqaviləsi isə 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Kunde ötən mövsüm bütün yarışlarda 53 matçda iştirak edib və 4 qol vurub, 8 məhsuldar ötürmə edib.