AZ

Meşələrə giriş QADAĞAN EDİLDİ - Bu ölkədə...

Ajans.az HaberGlobal-a istinadən xəbər verir ki, Sivas bələdiyyəsi meşələrə girişi qadağan edib.  Sivas bələdiyyəsi tərəfindən verilən qərarlara əsasən, oktyabrın 1-dək meşə ərazilərinə giriş qadağan edilib. Son günlər ölkə ərazisində yüksək temperatur, külək və quraqlıq səbəbindən baş verən meşə yanğınlarına qarşı mübarizə məqsədilə əlavə tədbirlər həyata keçirilib. 

Bu tədbirlər çərçivəsində Sivasda 5442 saylı İl İdarəetmə Qanununun 11-ci maddəsinin (C) bəndinə və 6831 saylı Meşə Qanununa uyğun olaraq meşə yanğınları ilə mübarizə ilə bağlı müəyyən qərarlar qəbul edilib.

Seçilən
49
Ajans.az

1Mənbələr