AZ

“Sportinq” Qyökereşə əvəzləyici tapdı

Portuqaliyanın “Sportinq” klubu hücumçusu Viktor Qyökereşə əvəzləyici tapıb.

Futbolpress.az xəbər verir ki, Lissabon təmsilçisi adı “Arsenal”la hallanan futbolçunun əvəzinə “Almeriya” klubundan Luis Suaresi transfer edəcək. Bu barədə A Bola nəşri məlumat yayıb.

“Sportinq” artıq oyunçu və klubu ilə razılaşıb. Portuqaliyalılar transfer üçün 20 milyon avro ödəyəcək. Suares ötən mövsümdə İspaniya Sequndasında 43 oyunda 31 qol vurub.

Qyökereşin 63 milyon avro qarşılığında “Arsenal”a keçidi gündəmdədir.

Seçilən
37
1
futbolpress.az

2Mənbələr