AZ

Fransa Bəşər Əsədin həbsinə dair orderi ləğv edib

Fransa Kassasiya Məhkəməsi Bəşər Əsədin həbsinə dair orderi ləğv edib. Suriyanın keçmiş prezidenti (2000-2024) Bəşər Əsəd 2013-cü ilin avqustunda Şərqi Quta, Adra və Dumada kimyəvi hücumlarla bağlı insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə ittiham olunub.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Fransinfo" məlumat yayıb.

Bəşər Əsədin həbsinə dair order 2023-cü ilin noyabrında verilib. Lakin beynəlxalq hüquqa əsasən, vəzifədə olan dövlət başçıları, baş nazirlər və xarici işlər nazirləri digər ölkələrin məhkəmələri qarşısında toxunulmazlığa malikdirlər. Bu səbəbdən ittiham tərəfi orderdən şikayət edib.

2024-cü ilin iyununda Paris Apellyasiya Məhkəməsi orderi qüvvədə saxlayıb. Lakin Fransanın ən yüksək məhkəməsi Kassasiya Məhkəməsi ittiham tərəfin arqumentini təmin edib.

Kassasiya Məhkəməsinin sədri bəyan edib ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildiyi üçün artıq prezident postunu tutmur və bununla onun toxunulmazlığı aradan qalxıb.

Bu isə o deməkdir ki, indi eyni və ya digər ittihamlar, xüsusən hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər üzrə yeni həbs orderlərinin verilməsi mümkündür.

Bildirilir ki, Fransada Əsədlə bağlı məhkəmə istintaqı davam edəcək.

Seçilən
45
olke.az

1Mənbələr