Vanya Milinkoviç-Saviç "Napoli"yə transfer olundu
Fanat.Az xəbər verir ki, klub serbiyalı qapıçı Vanya Milinkoviç-Saviçin transferini bitirib
Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.
"Torino" ilə 21 milyon avro qarşılığında şifahi razılıq əldə olunub. Məbləğ dörd il ərzində ödəniləcək.
Qapıçı iyun ayında "Napoli" ilə razılığa gəlmişdi və yaxın zamanlarda Antonio Kontenin rəhbərlik etdiyi komandaya qoşulacaq.
Qeyd edək ki, 28 yaşlı kiperin 16 milyon avro transfer dəyəri var.
Kamil Xudiyev