Lionel Messi MLS komandasının heyətində Meksika Liqası komandası ilə Ulduzlar Oyununda iştirak etmədiyinə görə diskvalifikasiyadan qaça bilib.
İdman.biz xəbər verir ki, bu barədə "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano açıqlamasında deyib.
Argentinalı mütəxəssis təşkilatçıları tənqid edib. O, futbolçuların son dövlərdə çox oyun keçirdiklərini və istirahət etmək üçün vaxt qalmadığını vurğulayıb. Bundan başqa, Maskerano oyunun həftə sonunda təşkilinin daha məqsədəuyğun olduğunu bildirib.
Azarkeşlərin səsverməsi əsasında "İnter Mayami"nin futbolçuları Lionel Messi və Jordi Alba MLS komandasında yer alıblar. Amma onlar xəstə olduqlarını əsas gətirərək oyunda iştirakdan imtina ediblər və qaydalara bu onların bir matçlıq cəzalandırılması ilə nəticələ bilərdi. Sonda MLS Liqasının rəhbərliyu ulduzları cəza etmyib.
Qeyd edək ki, oyun MLS komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz