AZ

700 bal toplayan Şəki məktəblisi: “Respublika fənn olimpiadasında fizika fənni üzrə qazandığım gümüş medalı anama həsr etmişdim” - FOTO

Şəkinin Orta Zəyzid kəndində Abdulsəmədovlar müəllimlər nəsli kimi tanınır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il əksər ixtisas qruplarında maksimum nəticə olmadığından ötən gün açıqlanan nəticə hamı üçün gözlənilməz oldu.

Bu uğura ilk imza atanlardan biri Şəkinin Orta Zəyzid kənd tam orta məktəbinin məzunu Orxan Abdulsəmədli olub.

Orxan aprel ayındakı buraxılış imtahanlarında 300 ballıq nəticə ilə birinciliyi əldə etmişdi.

Orxanın ata nənəsi və babası müəllim olub. Eyni zamanda anasının atası və nənəsi də müəllim kimi eyni məktəbdə çalışblar. Orxan məktəbin ibtidai siniflərində dəcəl olsa da sonradan sayılıb-seçilən, dərslərində öndə gedən şagird kimi tanınıb. VII sinifdən başlayaraq rayon və regional fənn olimpiadalarına qatılıb, bir neçə fənn üzrə özünü sınayıb.

Anası fizika müəllimi olan Orxan elə həmin illərdə az müddətə fizika fənnini mənimsəyərək Respublika fənn olimpiadasının finalçılarından biri olub. Nəticədə 2-ci yerin qalibi adını qazanıb.

Sonrakı illərdə isə həkimlik sənətinə meyillənib və kimya fənnini dərindən mənimsəyib..

Nənəsi Məlahət Bəkirovanın sözlərinə görə Orxan istənilən fənni qısa müddətdə mənimsəyə və onu qavraya bilir. Lakin dördüncü ixtisas qrupunu seçəndən sonra daha çox bu ixtisas fənlərini oxumağa başlayıb. Beləcə o, maksimum nəticə ilə məktəbin tarixində bir ilkə imza atıb.

Ümumiyyətlə bu ailədə riyazıyyat və fizika fənlərinə maraq böyükdür. Məlahət xanım deyir ki, Orxanın atası Fəxri hələ iki yaşı olanda riyazı bacarıqları, xüsusi istedaı ilə seçilib. Məhz bu istedad onun nəvələrində də özünü biruzə verir. Belə ki, Məlahət xanımın səkkiz nəvəsinin yeddisi artıq ali məktəbi ya bitirib ya da təhsil alır. Digər bir nəvəsi isə hazırda kənd məktəbində oxuyur və dərs əlaçısıdır.
 

Yenidən Orxanla söhbətə başlayırıq. Müsahibim deyir ki, həkim olmaq və bu sahədə bir çox yeniliklərə imza atmaq fikrindədir. Ona görə də nə qədər çətin olsa belə həkimliyi dərindən mənimsəyəcək. Gələcəkdə isə akademik yeniliklərə imza atmaq üşün Orxan xarici ölkələrdən birində bu sahə üzrə bilik və bacarığını artırmağı düşünür.


Fizika fənni üzrə Respublika fənn olimpiadalarında bir neçə dəfə iştirak edən Orxan final mərhələsinə qədər yüksəlib. VII sinifdə isə fizika fənni üzrə respublika olimpiadasında gümüş medal qazanıb. Deyir fizika fənnini sevməsinin bir səbəbi də anasının bu fənndən dərs deməsi idi. Hələ balacaykən anasının dərslərində oturan və fizikanı sevəməyə başlayan Orxan Respublika fənn olumpiadasına qatılmaqla medala layiq görülüb. Dediyinə görə əsas hədəfi qızıl medal alıb bunu anasına töhfə vermək olub. Lakin gümüş medal da anası üçün ən böyük həddiyə idi Abdulsəmədovlar ailəsində bir neçə saat davam edən maraqlı söhbətdən sonra sağollaşmaq məqamı gəlir. Orxan söz verir ki, gələcəkdə layiqli həkim kimi bir çox yeniliyə imza atacaq, Azərbaycanı dünyada tanıdacaq. Biz də öz növbəmizdə Orxana uğur diləyərək sağollaşırıq.












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
46
bizim.media

1Mənbələr