"30 yaşlarında da fəxri ad almış jurnalistlərimiz olub. Bu yaxşıdır...
Lakin onlardan xeyli gec - 65 yaşda "Əməkdar jurnalist " adı ilə təltif olunmaq mənim günahım deyil. İllər boyu hörmətli cənab Prezidentin "arxasında işlər çevirərək" "Aydının adı gələndə Prezident əsəbləşir, o bizim düşmənimizdir" deyənlərin günahıdır....Bu gün fəxri ad almaqdan qat- qat artıq ona sevinirəm ki, hörmətli cənab Prezident o adamlara şapalaq vurdu, göstərdi ki, məndən zəhləsi getmir..."