İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Andre Onana komanda ilə məşqlərə qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yayımlanan fotolarda zədə səbəbilə meydanlardan uzaq qalan Onananın yenidən məşq prosesinə qoşulduğu görünür. Yaxın keçmişdə kamerunlunun iki aya qədər yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunurdu. Lakin təxminən iki həftə ərzində aparılan tibbi yoxlamalar zədənin ciddi olmadığını üzə çıxarıb.
Ötən mövsüm çox da stabil oyun nümayiş etdirməyən futbolçu hələlik "Mançester Yunayted"də qalır. Mançester klubunun Emiliano Martinezlə müqavilə imzalamaq cəhdləri hələ də uğurlu alınmayıb və Onana özü komandada qalmaq istəyib. Keçən mövsüm 50 matçda 65 dəfə buraxıb, 12 qapını təmiz saxlayıb.