AZ

ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyaya səfəri ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

“Biz bu vəziyyətin bütün aspektlərini nəzərdən keçiririk. Ola bilər ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edək”, - Ağ Ev rəhbəri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
6
apa.az

7Mənbələr