AZ

Sadə üsuldan istifadə etdi, 36 kilo arıqladı

BAKI, 25 iyul. TELEQRAF

Hindistanlı Priyansh Tiwarinin 25 yaşına qədər çəkisi 102 kiloqram olub. O, heç vaxt ciddi pəhriz saxlamadığını və hər zaman öz görünüşündən narazı olduğunu bildirib. Bu vəziyyətdən çıxmaq üçün o, həyat tərzini dəyişməyə qərar verib və uzunmüddətli səbirli işə hazır olduğunu vurğulayıb.

Teleqraf "The Times of India" nəşrinə istinadla xəbər verir ki, o, bir il ərzində 36 kiloqram arıqlayaraq həm fiziki, həm də psixoloji sağlamlığını bərpa edib.

"Özümü başqa bir bədən içindəymiş kimi hiss edirdim, bu mənə özümə qarşı nifrət hissi yaradırdı", - deyə nəşrə açıqlamasında söyləyib.

Ətrafındakıların onun uğuruna inanmadığını deyən Tiwari bildirib ki, o,ən sadə və təsirli üsullarla - müntəzəm məşq və sağlam qidalanma ilə çəki atıb.

Seçilən
58
teleqraf.com

1Mənbələr