Bu ilin iyun ayında Mərkəzi Bank Özbəkistan əhalisi arasında nağd pul dövriyyəsi və nağd hesablaşmaların vəziyyəti ilə bağlı elektron sorğu keçirib.
Newscenter.az-ın "Sputnik Özbəkistan"a istinadən verdiyi xəbərə görə, sorğuda 14 259 respondent iştirak edib. Onlardan 52 faizi dövlət qulluqçuları, 19 faizi özəl sektorun nümayəndələri, 17 faizi isə büdcə təşkilatlarının işçiləri olub.
Nəticələrə görə, bu gün gündəlik ödənişləri əsasən nağd şəkildə həyata keçirənlər 15%, bank kartı ilə ödəniş edənlər 33%, hər iki formadan istifadə edənlər 52% təşkil edir.
Birdəfəlik nağd alışlar əsasən 100-500 min sum (47%) aralığında aparılır. Respondentlərin 35%-i 100 min soma qədər, 12%-i 500 mindən 1 milyona qədər, 6%-i isə 1 milyondan yuxarı alışlar edir.
Nağd puldan istifadə səbəbləri arasında fermer bazarlarında alış-veriş (56%), sürətli və təhlükəsiz ödəniş (17%), aşağı qiymətlər (13%) üstünlük təşkil edib.
Nağd ödəniş tələbi hallarına Əndican, Kaşkədərya, Səmərqənd, Sırdərya və Daşkənd vilayətlərində daha çox rast gəlinir.
Ödəniş terminallarının olmaması və ya işləməməsi əsasən Daşkənd şəhərində müşahidə olunur.
Süleyman