Bank Respublika müştərilərini texniki işlərlə bağlı xəbərdar edib.
Operativ Media xəbər verir ki, bu barədə Bank Respublika məlumat yayıb.
"26 iyul tarixində saat 02:00-dan 05:00-a qədər bank sistemlərində texniki təkmilləşdirmə işləri aparılacaq. Bu müddət ərzində bankın internet və mobil bankçılıq xidmətləri, həmçinin bəzi kart əməliyyatları və ödəniş sistemlərində müvəqqəti fasilələr yaşana bilər."
Bank Respublika müştərilərdən öncədən ehtiyat tədbirləri görmələrini və mümkün texniki fasilələrə qarşı anlayışlı olmalarını xahiş edib.
Texniki işlərin məqsədi göstərilən xidmətlərin daha dayanıqlı və təhlükəsiz şəkildə fəaliyyət göstərməsini təmin etməkdir.