Zirvə Ziyalılar Təşkilatının 15 iyul - 22 iyul tarixlərində keçirdiyi maarifləndirmə və məlumatlandırma tədbirləri və təlimləri Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Zirvə Ziyalılar Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Mədəni irsimizin qorunması, tanıdılması və gənclərə ötürülməsi” layihəsi çərçivəsində yüksək səviyyədə başa çatdı.
QHT.az xəbər verir ki, ttədbirlər Kaizen tədris mərkəzində – yeniyetmə və gənclər üçün elm, təhsil, mədəniyyət və incəsənət yönümlü xüsusi kurslar təşkil olunan məkanda keçirildi. Layihə çərçivəsində gənclərə milli mədəniyyətimizin və incəsənətimizin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı dəyərli məlumatlar verildi.
Təlimlərin keçirilməsi uşaqların böyük marağına səbəb oldu. Təlimçi – tanınmış rəssam, AMEA-nın elmi işçisi, aparıcı dizayner, Rəssamlar İttifaqının üzvü – özünün maraqlı master-klass çıxışları ilə iştirakçıları heyran etdi. Uşaqlar rəssamlığın yaranma tarixi haqqında diqqətlə dinlədilər, yeni dekorativ əl işləri və müxtəlif məzmunlu rəssamlıq bilgiləri ilə tanış oldular. Onlar öz rəsmlərini səliqə və zövqlə yaratdılar.
Fərqlənən əl işlərinin müəlliflərinə sertifikatlar, həmçinin rəssamlığa aid ləvazimatlar hədiyyə olundu. Tədbirin sonunda iştirakçılarla xatirə fotoları çəkildi.