AZ

Ceyhun Bayramov türkiyəli həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Bakı. Trend:

İyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefondanışığı aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefondanışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindənirəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesimüzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq müstəvidəmüşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.

Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlikmünasibətlərinin bütün səviyyə və platformalarda uğurla davametdirildiyi məmnunluqla qeyd edilib.

Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşmaprosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyətvə perspektivlər, habelə mövcud maneələr və onların həlliistiqamətində səylər barədə ətraflı məlumatlandırıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
18
27
az.trend.az

10Mənbələr