AZ

“Torino” Siril Nqonqeni icarəyə götürdü

“Torino” 25 yaşlı belçikalı sağ cinah hücumçusu Siril Nqonqeni “Napoli”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən məlumat verir.

İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər müddətdə qüvvədə olacaq.

Keçid “Torino”ya 1 milyon avro məbləğ müqabilində başa gəlib.

Siril Nqonqe “Brügge”nin məzunudur. Hücumçu, karyerası ərzində PSV-nin ehtiyat komandası “PSV Yonq”da (icarə), həmçinin “Valveyk”, “Qroninqen”, “Ellas Verona” və “Napol”də çıxış edib.

Geridə qalmış mövsümdə Nqonqe “Napoli” üçün 21 oyuna 2 qolla fərqlənib.

Siril Nqonqe 2024-cü ilin oktyabr ayında Belçika yığmasının heyətində debüt edib, meydanda cəmi 3 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Siril Nqonqenin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtalya çempionluğu (2024/2025) var.

“Transfermarkt” internet-portalı 25 yaşlı belçikalı sağ cinah hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
87
arena.az

1Mənbələr