AZ

Bu gündən daha bir bölgədə yas mərasimləri sadələşdirildi

Bu gündən Qubada sadələşdirilmiş ehsan süfrəsi verilməsinə başlanılıb. Rayondakı yas mərasimlərinin birində ölü sahibi yalnız sadə çay süfrəsi verməklə kifayətlənib.

Bu barədə Bizim.Media-ya Quba şəhərindəki Ağ məscidin imamı Anar Eyyubov məlumat yayıb.

Xatırladaq ki, ötən gün Anar Eyyubov saytımıza açıqlamasında Qubada dəbdəbəli yas mərasimlərinin ləğv olunmadığını, sadəcə rayon camaatına sadələşdirilmiş çay süfrəsinin verilməsini tövsiyə etdiklərini bildirmişdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
89
bizim.media

1Mənbələr