AZ

Bu ölkə Zəngəzura qoşun göndərir? — AÇIQLAMA

İspaniya mətbuatında yayımlanan məqaləyə görə, ABŞ Zəngəzur dəhlizinə nəzarət üçün 1000 nəfərlik qoşun göndərməyi və “Tramp körpüsü” qurmağı planlaşdırır. Bəs bu nə dərəcədə realdır?

Bu barədə Demokrat.az-a danışan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov bildirib ki, bölgə dövlətlərinin buna imkan verəcəyinə inanmır:



“ABŞ Zəngəzur dəhlizinə özəl şirkət göndərsə ehtimal böyükdür ki, daha sonra həmin şirkətin fəaliyyətinin tənzimlənməsi məqsədilə min nəfər, hətta beş min nəfərlik hərbi qoşun növü gətirsinlər. Əgər ABŞ belə bir planı həyata keçirmək istəyirsə, əlbəttə bunu Rusiya da bilir, İran da bilir. Mən inanmıram ki, bölgə dövlətləri Ermənistana o imkanı yarada ki, buna razılıq versin. 

İkinci bir tərəfdən Paşinyanın Rusiya səfərindən sonra artıq açıqlama verildi ki, bu şirkətin gəlməsinə razılıq verilmir. Əgər müqavilə 99 illik bağlanırsa, bu avtomatik olaraq ABŞ-nin regionda mövcudluğunu təmin etmək niyyətindən xəbər verir. Ona görə düşünmürəm ki, razılıq verilə. Bölgə dövlətləri bunun olmasına imkan verməyəcək. Azərbaycan üçün bunun fərqi yoxdur, bizə lazım olan dəhlizin açılmasıdır”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
42
1
demokrat.az

2Mənbələr