AZ

Starlink ÇÖKDÜ! Minlərlə istifadəçi internetsiz qaldı

Starlink

Qlobal internet əhatəsini təmin etməyi hədəfləyən peyk sistemi Starlink, amerikalı milyarder iş adamı Elon Musk-ın sahibi olduğu SpaceX tərəfindən yaradılıb.Lakin milyardlarla dollara başa gələn bu internet təminatçısı peyk sistemi Starlink çökmə ilə üzləşib. On minlərlə istifadəçi bağlantı problemi ilə bağlı şikayətlərini bildiriblər.DownDetector platformasında paylaşılan məlumatlara görə, ABŞ-ın Merilend - Vaşinqton DC, Şimali Kaliforniya, Texasın kənd əraziləri və İndiana ştatının mərkəzi də daxil olmaqla bir çox bölgədə kəsintilər yaşanıb. X sosial şəbəkəsində yazan bəzi istifadəçilər, Avropada da Starlink-ə çıxışda problemlər olduğunu bildiriblər.Starlink tərəfindən verilən açıqlamada internet xidmətinin verilməsində problem yarandığı təsdiqlənib və problemin aradan qaldırılması üçün iş aparıldığı bildirilib.Elon Musk isə X hesabında paylaşım edərək, sistemin yenidən işə salınması üçün işlərin davam etdiyini və bu problemin təkrarlanmaması üçün daimi bir həll yolları axtarıldığını vurğulayıb.Şirkət mənbələri və rəsmi qurumlar isə indiyə qədər hadisənin kiber hücumla bağlı ola biləcəyi ehtimalını təsdiqləməyiblər.Ulusum.az

Diqqət Çəkənlər

Mixail Qusman TASS-dakı yüksək vəzifəsindən azad edildi

Aysel Teymurzadə boşanır?

ABŞ Konqresi Klinton cütlüyünü dindirmək istəyir – Epşteyn istintaqı genişlənir

Seçilən
21
ulusum.az

1Mənbələr