AZ

Apple App Store-da yaş məhdudiyyətləri ilə bağlı böyük dəyişikliklər etdi

Apple

Apple, App Store-da yaş kateqoriyaları sistemini genişləndirərək üç yeni reytinq – “13+”, “16+” və “18+” yaş kateqoriyalarını istifadəyə verib. Bu reytinqlər əvvəlki “4+” və “9+” kateqoriyalarını tamamlayacaq. Bu barədə 9to5Mac portalı məlumat yayıb.Yeni yaş etiketləri avtomatik olaraq, tərtibatçılar tərəfindən daha öncə təqdim olunmuş məlumatlar əsasında mövcud tətbiqlərə tətbiq edilib. Bu sistem artıq iOS 26 və digər Apple cihazlarının beta versiyalarında işləyir. Tərtibatçılar yeni təyin olunmuş reytinqlə razı deyilsə, App Store Connect üzərindən onu əl ilə dəyişə biləcəklər.Apple bildirir ki, yaş məhdudiyyətləri ölkə və regionlara görə fərqlənəcək və yerli standartlar nəzərə alınacaq.Keçidi dəstəkləmək üçün Apple App Store Connect-dəki anket formasını da yeniləyib. İndi bu anketə tətbiqin daxilində ödənişlər, məzmunun idarə olunması, tibbi və sağlamlıqla bağlı materiallar, zorakılıq səhnələri və digər funksiyalarla bağlı suallar daxildir.Tərtibatçılar bu yenilənmiş anketi 31 yanvar 2026-cı ilədək doldurmalıdırlar. Əks halda, tətbiq və oyunlarının yeni versiyalarını App Store-a yükləyə bilməyəcəklər.Ulusum.az

Diqqət Çəkənlər

Mixail Qusman TASS-dakı yüksək vəzifəsindən azad edildi

Aysel Teymurzadə boşanır?

ABŞ Konqresi Klinton cütlüyünü dindirmək istəyir – Epşteyn istintaqı genişlənir

Seçilən
85
ulusum.az

1Mənbələr