AZ

Bu rayonlarda qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Qax rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin İsmayıllı rayonu Qaraqaya kəndinin inzibati ərazisində həmin kənd sakinləri Pərvin Hüseyli, Ayət Hüseynov, Kamil Əzizov, Elşad Hüseynov, Fizuli Dəmirov, Neman Dəmirov, Qax rayonu Turaclı kəndinin inzibati ərazisində həmin kənd sakini Zülfüqar Bəşirov, Böyük Alatəmir kəndinin inzibati ərazisində Qax rayonu Meşəbaş kənd sakini  Maxaze Kuzibabaşvili olduğu müəyyən edilib.

Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

Seçilən
67
ekologiya.az

1Mənbələr