Konfrans Liqasında Ukraynanın “Aleksandriya” və Serbiyanın “Partizan” klubları arasında keçirilən oyun qalmaqalsız ötüşməyib.
Publika.az xəbər verir ki, “Aleksandriya” fanatları Rusiyanın ÇSKA klubunu təhqir ediblər. Onlar oyun boyu “CSKA fahişədir” qışqırıblar.
“Aleksandriya”nın futbolçuları meydana Ukrayna bayraqlarına bürünərək çıxıblarş Onlar “Partizan”ın oyunçuları ilə əl sıxmaqdan imtina ediblər. Bütün bunlar ona görə edilib ki, Belqrad klubu Rusiyanın CSKA və “Dinamo” komandaları ilə ardıcıl ikinci il yoldaşlıq turnirində çıxış edib.