AZ

Tərtərdə “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı olub

Tərtər, 25 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtərdə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildinin təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin Mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Sonra Mədəniyyət Mərkəzinin foyesində Qərbi Azərbaycana həsr olunmuş kitab və fotosərgiyə baxıb, Qərbi Azərbaycan mətbəxi ilə tanış olublar.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı İlham Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qərbi Azərbaycan İcmasının Bərdə rayonu üzrə sədri Fəzair Piriyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova çıxış edərək, kitabın əhəmiyyətindən söz açıb, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklərdən danışıblar.

Bildirilib ki, “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib. Seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr öz əksini tapacaq.

Kitabın birinci cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.

Kitabda Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi, qəbiristanlıq və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.

Tədqiqatların aparılması üçün bir sıra ölkələrin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi həyata keçirilib.

Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.

Seçilən
90
azertag.az

1Mənbələr