BAKI. 25 iyul. TELEQRAF
Azərbaycanda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən ilk seminara serbiyalı tanınmış mütəxəssis Aleksandar Kukol rəhbərlik edib.
Texniki sessiyada milli komandanın məşqçilərindən Slavko Tekiç, Kotaro Sasaki, həmçinin yerli cüdo ekspertləri Orxan Səfərov, Asiman Allahverdiyev və Rafiq Nəcəfov iştirak ediblər.
Üç gün davam edəcək təlimlərə 14 ölkənin 400-dən çox yeniyetmə cüdoçusu qatılıb.
Xatırladaq ki, iyulun 26-dan Azərbaycan Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək.