Fransanın apellyasiya məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə dair orderi ləğv edib.
Hafta.az xəbər verir ki, bu haqda “AFP” agentliyi özəl mənbəyə istinadla məlumat yayıb.
Kassasiya Məhkəməsi mülki işlərə baxan Fransada ən yüksək məhkəmə instansiyasıdır.
Xatırladaq ki, 2025 və 2024-cü illərdə Fransada istintaq hakimləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə orderlər veriblər. 2025-ci ilin yanvarında Franda məhkəməsi 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə həbsinə növbəti order verib.
Bu order 59 yaşlı fransız əsilli suriyalı Salah Abu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun sorğusu əsasında verilib. O, 2017-ci ildə Dəra əyalətindəki evinin Suriya ordusunun helikopterlərindən atəşə tutulması nəticəsində həlak olub.
2024-cü ilin iyununda isə 2013-cü ildə kimyəvi silahlardan istifadə edərək etdiyi hücumlara görə, insanlığa qarşı cinayətlərdə iştirakda ittiham olunan Suriya Prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.
Ədliyyə mənbəsinin AFP-yə verdiyi məlumata görə, Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hücumlara görə hərbi cinayətdə iştirakda şübhəli bilinir.