AZ

BƏƏ komandasının baş məşqçisi təyin olundu - Məşhur italyan

İtaliya millisi ilə dünya çempionu olmuş Andrea Pirlo Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Dubay Yunayted” klubunun baş məşqçisi təyin olunub.

Komandanı əvvəllər niderlandlı Kvinsi Promes çalışdırıb.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidməti Pirlonun təyinatı xəbəri ilə kifaytlənərək, müqavilənin müddəti və digər detalları açıqlamayıb.

46 yaşlı italiyalı mütəxəssisin son iş yeri “Sampdoriya” olub.

Promes günahkar olduğu qəzaya görə BƏƏ-də ilişib qaldıqdan sonra “Dubay Yunayted”lə müqavilə bağlamışdı. Daha sonra o, Niderlanda ekstradisiya edilib və orada məhkəmə ona ümumilikdə 7,5 il həbs cəzası verib.

Seçilən
65
sportinfo.az

1Mənbələr