AZ

Vaşiqtondan Moskvaya xəbərdarlıq: ABŞ ikinci dalğa sanksiyalar hazırlayır

BAKI, 25 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsi fonunda Vaşinqton Rusiyaya qarşı yeni sanksiya tədbirlərini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Tramp jurnalistlərin sualına cavab olaraq deyib: “Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək məcburiyyətində qala bilərik".

Prezidentin sözlərinə görə, sanksiyalarla yanaşı, Rusiya ilə ticarət əlaqələrinə qarşı da ciddi tarif tədbirləri nəzərdə tutulur.

Xatırladaq ki, Tramp iyulun 14-də verdiyi açıqlamada 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz tariflər tətbiq edəcəyinə söz vermişdi.

O, həmçinin Moskvanı boş danışmaqda və konkret addım atmamaqda ittiham edib.

Seçilən
43
teleqraf.com

1Mənbələr