AZ

İşə düzəltmək adı ilə 600 manatlıq dələduzluq

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İşə düəzltmək adı ilə dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Arif Qurbanov (ad və soyad şərtidir) zərərçəkmişə onu dövlət şirkətlərindən birinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə vətəndaşdan 600 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. 

Arif Qurbanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı Arif Qurbanov verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş zərəri ödəyib və zərərçəkmişlə barışıq əldə edib. 

Məhkəmənin hökmü ilə ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
qaynarinfo.az

2Mənbələr